Qarabağda antiterror əməliyyatları - "Mənasız danışıqlar bitdi!"
“Azərbaycan regionda müharibənin başlamasına hər zaman qarşı olub. Lakin Ermənistan tərəfi hər bir yolla bölgədəki vəziyyəti qarışdırmağa, işğal siyasətini davam etdirməyə çalışıb. Ölkə başçısı son çıxışında bu məsələyə xüsusilə toxundu və artıq danışıqlar prosesinin uzanmasının mənasız olduğunu bildirdi”.
TED.az xəbər verir ki, bu sözləri Redaktor.az-a Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşiroğlu Prezident İlham Əliyevin Azərbaycan televiziyalarına müsahibəsini şərh edərkən deyib. O bildirib ki, prezidentin səsləndirdiyi fikirlər Qarabağ probleminin həll olunacağına işarə edir:
“İşğalçı Ermənistan bu günə qədər özünü tam cəzasızlıq şəraitində hiss edib və ölkəmizə qarşı təxribat törətməyə davam edib. Bu baxımdan artıq mənasız danışıqlar prosesini uzatmaq lazım deyil. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın çox güclü ordusu var və biz ordumuzla düşmənə istənilən an hücum edə, torpaqlarımızda antiterror əməliyyatları həyata keçirə bilərik. Artıq dövr dəyişib, bizim də səbrimiz tükənib. Bu münaqişənin həll olunması üçün nə lazımdırsa etməliyik. Buna gücümüz və qüdrətimiz çatır. Hesab edirəm ki, ölkə başçısı tərəfindən qısa zamanda bu istiqamətdə böyük işlər görüləcək”.
TED + bölməsindən digər xəbərlər
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Həftənin ən çox oxunanları
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






