Maskadan istifadə ilə bağlı nəzarət gücləndirildi - RƏSMİ
Noyabrın 21-də Baş Nazir Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın Respublika müşavirəsi keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən TED.az-a bildiriblər ki, müşavirədə Operativ Qərargahın üzvləri ilə yanaşı, 68 rayon və şəhərin icra hakimiyyəti başçıları, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin yerli şöbələrinin rəisləri, rayon və şəhər prokurorları, səhiyyə şöbələrinin və sanitar-epidemioloji stansiyalarının rəhbərləri iştirak ediblər.
Ə.Əsədov vurğulayıb ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu müharibəni qələbə ilə başa vuraraq işğal altında olan torpaqları azad edib. Müharibənin gedişində bütün imkanlar qələbənin təmin edilməsi üçün səfərbər olunmuşdu. İndi pandemiya ilə mübarizə yenidən prioritet məsələ olaraq gündəlikdədir və bütün imkanlarımızı bu istiqamətdə səfərbər etməliyik.
Müşavirədə son bir neçə həftə ərzində ölkə ərazisində pandemiyanın vəziyyəti, yoluxmanın dinamikası, səhiyyə sahəsində görülən işlər, karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət və s. məsələlər müzakirə olunub. Yoluxmanın xüsusilə yüksək olduğu rayon və şəhərlərdəki vəziyyət ayrıca müzakirə edilib.
Qərara alınıb ki, yoluxmanın xüsusilə yüksək olduğu və sərt karantin rejiminin tətbiq edildiyi rayon və şəhərlər əsas götürülməklə bütün ölkə ərazisində maskalardan istifadə ilə bağlı yeni qaydalar da daxil olmaqla rejimin bütün tələblərinə nəzarət gücləndirilsin, maarifçilik işləri genişləndirilsin.
KORONAVİRUS bölməsindən digər xəbərlər
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Həftənin ən çox oxunanları
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






