Bərpa olunan enerji ilə bağlı pilot layihələr təsdiq edilib
Prezident İlham Əliyevin “Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində pilot layihələrin həyata keçirilməsi tədbirləri haqqında” 5 dekabr 2019-cu il tarixli sərəncamı ilə yaradılmış Komissiyanın 4-cü iclası keçirilib.
Bu barədə TED.az-a Energetika Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazir Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda Komissiyanın üçüncü iclasından ötən dövr ərzində pilot layihələrin icrası istiqamətində görülən işlər nəzərdən keçirilib, ACWA Power şirkəti ilə imzalanacaq müqavilə layihələrinin yekun versiyaları təsdiq olunub.
İclası açan P.Şahbazov komissiya üzvlərini Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbə münasibətilə təbrik edib, ACWA Power və Masdar şirkətləri ilə imzalanmış icra müqavilələri çərçivəsində həyata keçiriləcək külək və günəş enerjisi layihələrinin reallaşdırılması üçün torpaq sahələrinin ayrılması, şəbəkəyə qoşulma və enerjisistemə inteqrasiya, dövlət zəmanətlərinin verilməsi mexanizminin müəyyənləşdirilməsi, eləcə də digər istiqamətlər üzrə aidiyyəti qurumlarla birgə görülmüş işlər barədə məlumat verib.
Sonra hazırlanmış müqavilə layihələri barədə təqdimat dinlənilib. Qeyd olunub ki, ACWA Power şirkəti ilə imzalanması nəzərdə tutulan 6 müqavilə - İnvestisiya Müqaviləsi, Enerji Alqı-satqı Müqaviləsi, Ötürücü Şəbəkəyə Qoşulma Müqaviləsi, Torpaq İcarə Müqaviləsi, Müstəqil Mühəndis Müqaviləsi və Birbaşa Razılaşma Müqaviləsinin layihələri hazırlanıb və iki mərhələdə aidiyyəti qurumlardan rəy və təkliflər toplanaraq, təkmilləşdirilib və investorla razılaşdırılıb.
Komissiya bu iclasda layihələri təsdiq etdikdən sonra onlar paraflanacaqdır. Eyni zamanda, Masdar şirkəti ilə müvafiq layihə sənədləri üzrə danışıqların son mərhələdə olduğu, yaxın gələcəkdə yekunlaşdırılacağı diqqətə çatdırılıb.
İclasda komissiya üzvləri çıxış edərək hazırlanmış sənədləri dəstəkləyiblər, səsləndirilmiş bir neçə təklif nəzərə alınmaqla müqavilə layihələri təsdiq olunub.
Videokonfransda Energetika, İqtisadiyyat, Maliyyə, Ədliyyə, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirliklərinin, Şəhərsalma və Arxitektura Komitəsinin, Azərbaycan Mərkəzi Bankının, Azərenerji və Azərişıq ASC-lərin nümayəndələri iştirak edib.
TED + bölməsindən digər xəbərlər
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
Həftənin ən çox oxunanları
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






