Youtube kontent müəlliflərinə lisenziya olunmuş mahnılardan istifadə etməyə imkan verəcək
Made on Youtube tədbiri çərçivəsində videoservis Creator Music adlı proqramı anons edib. Sözügedən proqram kontent müəlliflərinə öz videolarının monetizasiyası üçün lisenziya olunmuş mahnılardan istifadə etmək imkanını verəcək. Hal hazırda bu proqram ABŞ-da test mərhələsindədir. Lakin gələn il o həmçinin digər regionlarda da aktiv olacaq. Creator Music proqramı çərçivəsində qarşılıqlı əlaqənin iki variantı güman edilir. Birinci variant çərçivəsində kontent müəllifləri mahnıları birbaşa lisenziyalaşdıracaqlar və gəlirin bütün hissəsini (Youtube-un 45%-lik komissiyası istisna olmaqla) əldə edəcəklər.
İkinci varianta əsasən isə kontent müəllifləri öz gəlirlərini mahnıların lisenziya sahibləri ilə bölüşəcəklər. Məlumata əsasən Youtube-un bu yeni proqramı videoplatformadakı kontent müəlliflərinin 27.5%-ni əhatə edəcək. Daha əvvəllər Youtube daxilində istifadəçilərin öz kontentlərində mahnılardan istifadə etmələri problemli proses idi. Belə ki, onlar öz kontentlərinin monetizasiyasını dayandırmamaq üçün lisenziya vergisi olmayan mahnılardan istifadə etməli olurdular.
Çünki müəllif hüququ sahibininin icazəsi olmadan məşhur ifaçının mahnısının hətta kiçik bir hissəsinin istifadəsi də videonun Youtube-da bloklanmasına səbəb ola bilər. Mövcud olan məlumatlara əsasən Youtube artıq 50-yə yaxın musiqi şirkəti, nəşriyyatı və distribyutoru ilə müqavilə bağlayıb. Lakin onların arasında hələ böyük musiqi şirkətləri yoxdur. Bununla belə Youtube təmsilçisi qeyd edib ki, Creator Music proqramının istifadəçiləri öz kontentlərində bir neçə yüz min mahnıdan istifadə edə biləcəklər. Aydın məsələdir ki, bunun sayəsində Youtube öz platformasına yeni istifadəçiləri cəlb etməyi hədəfləyib.
Dünya bölməsindən digər xəbərlər
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu
Bakcell-in dəstəyi ilə keçirilən “SummerStack Bootcamp” başladı
Vikipediyanın həmtəsisçisi platformada bloklandı
Bakcell UFC Baku tədbirinin əsas tərəfdaşıdır
Women in CyberSecurity Azerbaijan kibertəhlükəsizlik sahəsində karyera qurmaq istəyənlər üçün vebinar təşkil edib
Apple kameralı AirPods üzərində işləyir: təqdimat tarixi açıqlanıb
Bakcell-in dəstəyi ilə 5-ci “YAŞAT” düşərgəsi başlayıb
WhatsApp Android üçün yeni bölməni sınaqdan keçirir
Bakcell “Signature Gala Night” tədbirinin tərəfdaşı olub
iPhone 18 Pro Max tarixin ən böyük batareyası ilə gələ bilər
Bakcell yeni baş icraçı direktor təyinatını elan edib
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
Bakcell və Gənclər Fondunun “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramının qalibləri müəyyənləşib
“Yaşıl gələcək” qrant layihəsi çərçivəsində təlimlər davam edir
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Həftənin ən çox oxunanları
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD






