AZ

AYNA və DYP taksiləri yoxlayacaq - Buraxılış kartı olmayanlar cərimələnəcək

e05e0fad4fb99ad4dfa82b9f1835889e.jpg
08.04.2024 19:40

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata kecirilməsi üçün AYNA informasiya sistemində "E-taksi" alt sistemi yaradılıb.

 

Bu barədə TED.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

 

Qeyd edilib ki, operatorlar tərəfindən adsızlaşdırılmış məlumatlar real vaxt rejimındə həmin sistemə ötürüləcək. Bununla yanaşı, ərazidə fiziki olaraq AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartları yoxlanılacaq.

 

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox