Dəyişkən hava şəraiti ilə bağlı FHN-dən MÜRACİƏT

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ölkə ərazisində kəskin və yağıntılı hava şəraitinin müşahidə olunacağı, temperaturun xeyli düşəcəyi, qar yağacağı, yağıntıların bir sıra yerlərdə intensiv olacağı, bəzi yolların buz bağlayacağı və ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
TED.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər.
"Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir.
Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.
Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!",- deyə müraciətdə qeyd edilib.
TED + bölməsindən digər xəbərlər
ABŞ-də qripdən ölənlərin sayı COVID-19 qurbanlarının sayını ötüb


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edilir


ADY ilə Asiya İnkişaf Bankı arasında Sumqayıt–Yalama dəmiryol xəttinin bərpası müzakirə olunub (FOTO)


Hərəkətdə olan yük maşınları yeni qaydada yoxlanılacaq


Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb


Məcburi qaydada yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək


“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib


Vergi ödəyicilərinin sayı açıqlanıb


Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ


Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı Sazişi təsdiq edib


Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq


Prezident İlham Əliyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq edib


“Azərbaycan milli mətbuatının 150 illiyi” medalı təsis edildi, əsasnaməsi təsdiqləndi


Ötən il Bakıda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb


Azərbaycanda günəş elektrik stansiyalarında istehsal 5,5 dəfə artıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var


Dəyişkən hava şəraiti ilə bağlı FHN-dən MÜRACİƏT


Suraxanı rayonu ərazisində silah-sursat aşkarlandı


Həftənin ən çox oxunanları
Ləğv prosesində olan bankların kredit ödənişləri artıq "MilliÖn", "AniPay", m10, "Azərpoçt", ABB və "Kapital Bank" mobildə


Yüksək Texnologiyalar Parkı və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb


ASA: Rəqəmsallaşma sığorta sektorunda yeni imkanlar açıb


“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib


İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR


Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Bakı-Balakən qatarının yola düşmə vaxtı dəyişdirilib


Polis vətəndaşın bank kartından oğurluq edən şəxsi saxlayıb

