AZ

Ötən ay Azərbaycanda külək elektrik stansiyalarında istehsal həcmi açıqlanıb

660ffbd59543247c4a8fd9207d7c6349.jpg
20.02.2025 10:57

Bu ilin yanvar ayında Azərbaycanda külək enerjisi ilə işləyən stansiyalar 2,6 milyon kVt-saat elektrik enerjisi istehsal edib.

 

Bu barədə TED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,1 milyon kVt-saat və ya 54,4% azdır.

 

 

Qeyd edək ki, ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar ayında 342,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,8 milyon manat təşkil edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox