AZ

Azərbaycanda günəş elektrik stansiyalarında istehsal 5,5 dəfə artıb

a831216a7f126566279bf558b6e08858.jpg
20.02.2025 10:20

Bu ilin yanvar ayında Azərbaycanda günəş enerjisi ilə işləyən stansiyalar 16 milyon kVt-saat elektrik enerjisi istehsal edib.

 

Bu barədə TED.az-aDövlət Statistika Komitəsinə istinadən xəbər verir.

 

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,1 milyon kVt-saat və ya 5,5 dəfə çoxdur.

 

Qeyd edək ki, ölkədə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2025-сi ilin yanvar ayında 342,9 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

 

Hesabat dövründə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 45,8 milyon manat təşkil edib.

TED + bölməsindən digər xəbərlər

Daha çox