AZ

“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib

477199b2d392e5a2c22816ca7b97d889.png
20.02.2025 14:40

TED.az “Aztelekom” MMC cəmiyyətin informasiyalara çıxışını asanlaşdırmaq və rəqəmsal resurslardan istifadə imkanlarını genişləndirmək məqsədilə növbəti sosial məsuliyyət layihəsini həyata keçirib.

 

Layihə çərçivəsində Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən “Açıq kitabxana” genişzolaqlı internet xidməti ilə təmin edilib.

 

2016-cı ildən ictiməiyyətin istifadəsinə açıq olan “Açıq kitabxana” ziyarətçilərə həm fiziki, həm də rəqəmsal resurslardan yararlanmaq imkanı təqdim edir. “Aztelekom” MMC-nin təqdim etdiyi sürətli internet sayəsində oxucular beynəlxalq onlayn kitabxanalara, elmi mənbələrə daha rahat və sürətli çıxış imkanı əldə edirlər.

 

“Aztelekom” MMC sosial məsuliyyət strategiyası çərçivəsində cəmiyyətin inkişafına yönəlmiş layihələrdə iştirak edərək ölkənin rəqəmsal transformasiyasına öz töhfəsini verməyə davam edəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox