Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı Sazişi təsdiq edib

2024-cü il noyabrın 13-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” təsdiq edilib.
TED.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanun imzalayıb.
Qeyd edək ki, Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında imzalanmış "Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında saziş" üç ölkənin enerji sektorunda əməkdaşlığının yeni strateji çərçivəsini müəyyən etmək məqsədilə hazırlanıb. Keçən ilin noyabrında Bakı şəhərində keçirilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı dövlət başçıları tərəfindən imzalanan bu sənəd yaşıl və bərpaolunan enerji mənbələrinin inkişafı, enerji təhlükəsizliyinin təmin olunması və davamlı inkişaf məqsədlərinə töhfə verilməsi üçün mühüm bir addımdır.
Sazişin əsas məqsədi Paris İqlim Sazişində nəzərdə tutulmuş istixana qazı emissiyalarının azaldılması hədəflərinə uyğun olaraq, yaşıl enerjinin inkişafını təşviq etməkdir. Bu çərçivədə tərəflər bərpaolunan enerji mənbələrinin istehsalı, ötürülməsi və ticarəti sahəsində qarşılıqlı əməkdaşlıq edəcək, yaşıl hidrogen və yaşıl ammonyak texnologiyalarının tətbiqini dəstəkləyəcək.
Sənəd Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının enerji sistemlərinin inteqrasiyasını gücləndirərək, bərpaolunan enerjinin Avropaya və digər bazarlara ixracını asanlaşdıracaq. Bu əməkdaşlıq, həmçinin Orta Dəhlizin inkişafına və Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə inteqrasiyasının dərinləşməsinə töhfə verəcək.
Sazişin icrası məqsədilə "AzərEnerji" ASC, "Qazaxıstan Elektrik Şəbəkəsi Əməliyyat Şirkəti" və "Özbəkistan Milli Elektrik Şəbəkəsi" SC arasında "Yaşıl Dəhliz Birliyi" adlı Birgə Müəssisə təsis edilib. Bu müəssisə layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması və icrası ilə bağlı zəruri tədbirləri həyata keçirəcək. Saziş qeyri-müəyyən müddətə bağlanıb və bu, tərəflər arasında uzunmüddətli əməkdaşlığın və davamlı inkişaf məqsədlərinin daha effektiv həyata keçirilməsinə imkan yaradacaq.
Həmçinin bərpaolunan enerji sahəsində həyata keçiriləcək layihələrə investisiyalar artırılacaq, Qara dənizdən keçən enerji xətləri üzrə texniki və maliyyə imkanları araşdırılacaq və yeni texnologiyaların tətbiqi ilə enerji istehsalı daha səmərəli hala gətiriləcək. Bu məqsədlə sazişin icrasını təmin etmək üçün Rəhbər Komitə və İşçi Qrup yaradılacaq. Bu qurumlar layihələrin koordinasiyasını həyata keçirəcək və tərəflər arasında əməkdaşlığın səmərəliliyini artırmaq üçün strateji planlar hazırlayacaq.
Azərbaycan üçün bu saziş enerji tranziti imkanlarını genişləndirmək və yaşıl texnologiyaların tətbiqində lider mövqeyini gücləndirmək baxımından mühüm əhəmiyyət daşıyır. Qazaxıstanın zəngin təbii resursları, Özbəkistanın geostrateji mövqeyi və Azərbaycanın geniş enerji infrastrukturu tərəflərə qarşılıqlı fayda təmin edən birgə əməkdaşlıq imkanları yaradır.
TED + bölməsindən digər xəbərlər
ABŞ-də qripdən ölənlərin sayı COVID-19 qurbanlarının sayını ötüb


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edilir


ADY ilə Asiya İnkişaf Bankı arasında Sumqayıt–Yalama dəmiryol xəttinin bərpası müzakirə olunub (FOTO)


Hərəkətdə olan yük maşınları yeni qaydada yoxlanılacaq


Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb


Məcburi qaydada yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək


“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib


Vergi ödəyicilərinin sayı açıqlanıb


Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ


Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı Sazişi təsdiq edib


Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq


Prezident İlham Əliyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq edib


“Azərbaycan milli mətbuatının 150 illiyi” medalı təsis edildi, əsasnaməsi təsdiqləndi


Ötən il Bakıda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb


Azərbaycanda günəş elektrik stansiyalarında istehsal 5,5 dəfə artıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var


Dəyişkən hava şəraiti ilə bağlı FHN-dən MÜRACİƏT


Suraxanı rayonu ərazisində silah-sursat aşkarlandı


Həftənin ən çox oxunanları
Ləğv prosesində olan bankların kredit ödənişləri artıq "MilliÖn", "AniPay", m10, "Azərpoçt", ABB və "Kapital Bank" mobildə


Yüksək Texnologiyalar Parkı və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb


ASA: Rəqəmsallaşma sığorta sektorunda yeni imkanlar açıb


“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib


İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR


Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var


Bakı-Balakən qatarının yola düşmə vaxtı dəyişdirilib


Polis vətəndaşın bank kartından oğurluq edən şəxsi saxlayıb

