AZ

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

a0d5f876d311235a259f946036abff5c.jpg
20.02.2025 17:57

25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq.

 

TED.az  xəbər verir ki, bu barədə MÜTDA məlumat yayıb.

 

Bildirilib ki, yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək.

 

"Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.

 

Qeyd edək ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin, ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək",- deyə məlumata əlavə edilib.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox