AZ

Naxçıvanda istehlakçılara 2,4 milyon manat ƏDV məbləği geri qaytarılıb

19a388fe34b13e9edd14c2fc18ce0b8d.jpg
20.02.2025 14:57

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatları (NKA) vasitəsilə 2025-ci ilin yanvar ayında qeydə alınan dövriyyə 32,4 milyon manat təşkil edib.

 

Bu barədə TED.az-a Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

 

Məlumata görə, bu göstərici 2024-cü ilin yanvar ayı ilə müqayisədə 13,3% çoxdur.

 

Bildirilib ki, indiyədək MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,4 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.

 

Qeyd olunub ki, bu ilin yanvar ayında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 11,9% artaraq 145,9 min manat olub.

TED + bölməsindən digər xəbərlər

Daha çox