AZ

Kitabxanalar və muzeylərin gəlirlərindən istifadə ilə bağlı qaydalar dəyişdi

1387ed75eb31e70bedc9fa686f70a984.jpg
20.02.2025 11:20

Prezident İlham Əliyev “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

 

TED.az xəbər verir ki, “Kitabxana işi haqqında” sənədə əsasən, kitabxanalar qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə uyğun olaraq təsərrüfat fəaliyyəti ilə məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsaitdən (qeyri-dövlət kitabxanaları istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir.

 

“Muzeylər haqqında” sənədə əsasən, muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq təsərrüfat fəaliyyəti ilə də məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən vəsaitdən (bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər istisna olmaqla) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq istifadə edilir.

TED + bölməsindən digər xəbərlər

Daha çox