AZ

MEK “100 yaşlı kitabxana” adlı virtual sərgi təqdim edir

 

69f75cfe74db005dbcb7bb46f5578fbd.jpg
14.03.2025 11:40

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 100 illik yubileyi münasibətilə “100 yaşlı kitabxana” adlı virtual sərgi təqdim edir.

 

MEK-dən TED.az-a bildirilib ki, sərgi bu kitabxananın fondlarında saxlanılan nəşrlər əsasında hazırlanıb. Burada Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin kitabxana haqqında dəyərli fikirləri, eləcə də Mərkəzi Elmi Kitabxananın yeni binasının tikilməsi ilə bağlı Sərəncam yer alıb. Bundan başqa, MEK-in tarixi, missiyası, hədəfləri, fondları və könüllülük fəaliyyəti haqqında məlumatlar, foto və videotəlimatlar da sərgidə nümayiş olunur.

 

Sərgilənən nəşrlər arasında Prezident İlham Əliyevin Sərəncamına əsasən AMEA Rəyasət Heyətinin tədbirlər planına uyğun olaraq MEK-in tərtib etdiyi biblioqrafik göstəricilər və soraq-biblioqrafik məlumat kitabları da yer alır.

 

Sərgidə, həmçinin “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyası çərçivəsində nəşr olunan şəxsi biblioqrafiyalar təqdim edilir.

 

MEK-də ənənəvi formatda da sərgi təşkil edilib və bu, ilboyu yenilənəcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox