Sabah ilin ilk Ay tutulması olacaq

Martın 14-də cari ilin ilk Ay tutulması baş verəcək.
Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından TED.az-a bildirilib ki, bu tutulma tam Ay tutulması olacaq.
Tutulma hadisəsi Şimali və Cənubi Amerika, Avstraliyanın çox hissəsi, Avropanın qərbi, Asiyanın şərq hissəsi, Sakit və Atlantik okeanı, Arktika və Antarktidanı əhatə edəcək. Ay tutulması Bakı vaxtı ilə saat 07:57-də başlayacaq və 14:00-da bitəcək. Ümumilikdə tutulma 6 saat davam edəcək, tam tutulma isə saat 10:26-da başlayıb saat 11:31-də bitəcək. Tam tutulmanın maksimumu saat 10:58-də olacaq.
Ay tutulması Ayın bədrlənmiş fazasında orbitinin düyünlərində və ya ona yaxın olduqda baş verir. Yer Günəşlə Ay arasına keçərək Günəşdən gələn işıq şüalarının qarşısını kəsir. Bu zaman Ay tutulması baş verir. Ay tutulmasının müddəti Günəş tutulmasından uzun olur. Çünki Yerin kölgəsi Ayın kölgəsindən daha böyükdür. Ay tutulmasının üç növü var: tam, qismən və yarımkölgəli Ay tutulması. Tam Ay tutulması zamanı Ay tamamilə Yerin kölgəsinə keçir. Qismən Ay tutulması zamanı Yerin kölgəsi Ayın diskini bütövlükdə örtmür. Yarımkölgəli Ay tutulması zamanı isə Ayın diski sadəcə Yerin yarımkölgəsinə keçə bilir, yəni onun zəif xarici kölgə hissəsindən keçir. Ay azacıq tündləşir ki, bunu da fərq etmək çətin olur.
Tam Ay tutulması zamanı Günəş işığının bir hissəsi Yer atmosferindən keçərək sınır və Ayın səthinə çatır. Atmosferdəki hava molekulları və toz hissəcikləri qısa dalğa uzunluğuna malik olan mavi və bənövşəyi işığı daha çox səpir, uzun dalğalı qırmızı və narıncı işıq isə atmosferdən keçərək Ayın səthinə düşür. Nəticədə, Ay qırmızımtıl və ya mis rəngində görünür.
Sabah üçün gözlənilən tam Ay tutulması yerli vaxtla gündüz saatlarına uyğun gəldiyi və Ay üfüqdən aşağıda olacağı üçün Azərbaycandan görünməyəcək.
Dünya bölməsindən digər xəbərlər
Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlandı


Bu günə kimi 10000 şagirdin yerdəyişməsi uğurla tamamlanıb - MÜTDA


Ümumi orta təhsil üzrə buraxılış imtahanının qrafiki açıqlandı


Magistraturaya qəbul imtahanının yekun nəticələri açıqlanıb


Astronomlar kiçik qayalı planetlərdən ibarət dördlük aşkarlayıb


Onlayn alış-veriş zamanı nələrə diqqət edilməlidir?

Azad olunmuş 8 şəhərin baş planı başa çatdırılıb


Sabah ilin ilk Ay tutulması olacaq


“TikTok” uşaqların müdafiəsinə yönəlmiş yeni funksiyalar təqdim edib


Hökumə Əliyevanın adını daşıyan zirehli tibbi maşın sülhməramlı fəaliyyət zonasına göndəriləcək


ROKETSAN Naviqasiya Sistemləri Hansılardır?


“Lockheed Martin” təbəqəli antidron sistemini təqdim edib


Çinin üçüncü nəsil yarımkeçirici sıçrayışı tarazlığı dəyişə bilər


"Meta" şirkəti "Facebook", "Instagram" və "WhatsApp" kimi ayrıca tətbiq buraxmağa hazırlaşır


"WhatsApp"da YENİ FUNKSİYA


"Telegram"da ödənişli mesajlar olacaq


"OpenAI" yeni süni intellekt modelini təqdim etdi


NASA 2024-cü ildə qlobal dəniz səviyyəsinin gözlənildiyindən daha sürətli yüksəldiyini bildirir


Alimlər ilk dəfə insana tam mexaniki ürək implantasiya ediblər


Prezident İlham Əliyev: Qlobal Bakı Forumu qlobal gündəlikdəki mühüm məsələlərin həllində aparıcı beynəlxalq platformalardan biridir


MEK “100 yaşlı kitabxana” adlı virtual sərgi təqdim edir


Prezident İlham Əliyev: Biz Cənubi Qafqazda sülhə nail olmalıyıq


“Bayraktar Teknoloji Azerbaycan” şirkətinə ölkəmizdə fəaliyyətə başlaması üçün xüsusi lisenziya verilib


Bu il kommersiya qurumlarının sayı 8 faizdən çox artıb


Həftənin ən çox oxunanları
Elvira Məmmədovanın nağıl pyesi əsasında "XEYİRXAH ŞAHZADƏNİN NOVRUZ HƏDİYYƏSİ" tamaşasının premyerası olub


“X” sosial şəbəkəsi çöküb?


“İstehlakçı hüquqları” mövzusunda keçirilmiş fotomüsabiqənin qalibləri mükafatlandırılıb


“Bakcell” jurnalist xanımları 8 Mart münasibətilə təbrik edib


Ötən il Azərbaycanda 14 elektron pul təşkilatına lisenziya verilib


Taksi sürücüləri üçün növbəti imtahana qeydiyyat başlayıb


Sabahın hava PROQNOZU

Azərbaycanda “Visa”nın “Tap to Phone” həllindən istifadə 36,7% artıb

