AZ

"Telegram"dan yeni funksiya: İstifadəçi barədə bütün məlumatlar göstəriləcək

 

1f7d38bd3e70919e0e3bd9a8760297c5.jfif
14.03.2025 13:50

"Telegram" yeni funksiyanı təqdim etməyə hazırlaşır. Bundan sonra yeni dialoq başlatmış istifadəçi barədə ətraflı məlumat göstəriləcək - istifadəçinin telefon nömrəsinin verildiyi ölkə, qeydiyyat ayı və ili, ümumi qrupların sayı və siyahısı, həmçinin istifadəçinin təsdiq statusu.

 

TED.az bu barədə "Telegram Info" kanalına istinadən məlumat verir.

 

Bildirilir ki, yenilik "Android" üçün "Telegram"ın 11.8 versiyasında aşkar edilib.

 

"Telegram"ın qurucusu Pavel Durov bu funksiyanın təqdimatını 2024-cü ilin iyulunda elan etmişdi.

 

Yeniliyin əsas məqsədi iki şeyə xidmət edir: özünü başqası kimi qələmə verən dələduzlarla mübarizə aparmaq və servisin istifadəsini daha rahat etmək.

 

Hazırda bu funksiyanın yalnız "beta" versiyasında işlədiyi üçün rəsmi buraxılış zamanı dəyişikliklər ola bilər. Amma adətən "Telegram"ın açıq beta versiyalarında artıq hazır həllər sınaqdan keçirilir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox