AZ

Alimlər ilk dəfə insana tam mexaniki ürək implantasiya ediblər

13c44e91100178aca59cadd215221933.jpg
14.03.2025 12:57

Alimlər tibbdə inqilabi addım ataraq ilk dəfə insana tam mexaniki ürək implantasiya ediblər.

 

TED.az xəbər verir ki, titan konstruksiyadan hazırlanmış süni ürək dəqiqədə 12 litr qan vurmağa qadirdir. Bu göstərici hətta xəstəyə idmanla məşğul olmağa imkan verir.

 

 

Süni ürək biventrikulyar fırlanan nasos prinsipi ilə işləyir. Onun rotor hissəsi maqnit bazası üzərində hərəkət edir və ürəyin hər iki mədəciyini əvəz edərək qanı bədənə pompalayır.

TED + bölməsindən digər xəbərlər

Daha çox