AZ

Ötən il ödəniş təşkilatları və elektron pul təşkilatlarının əməliyyat həcmi 60 milyard manatı ötüb

 

a4a54cf992a266fed166c896b3c30992.jpeg
17.02.2025 11:57

Ötən il ödəniş təşkilatları və elektron pul təşkilatları tərəfindən aparılan əməliyyatların həcmi 60,5 milyard manat təşkil edib. Bu, kifayət qədər böyük rəqəmdir. Elə elektron pul təşkilatları var ki, onların mənfəətliliyi bəzi banklardan da yüksəkdir.

 

TED.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın ödəniş xidmətləri və ödəniş sistemlərinin fəaliyyətinin tənzimlənməsi şöbəsinin rəhbəri Xəyaləddin Tağıyev Bakıda keçirilən maliyyə forumunda deyib.

 

O qeyd edib ki, hazırda 15 elektron pul təşkilatı, 8 ödəniş təşkilatı və 1 ödəniş sistemi operatoru lisenziya alıb:Mərkəzi Bank lisenziya almış təşkilatların daha dayanıqlı olması üçün mühüm tədbirlər həyata keçirilir”.

 

Qeyd edək ki, elektron pul qabları və mobil ödənişlər 66,7 faiz, kartlar və digər ənənəvi alətlər 62,5 faiz, cari və əmanət hesabları 33,3 faiz, dəyər və xidmətlər 29,2 faiz, kreditlər/ipoteka 12,5 faiz, aktivlərin idarə edilməsi 8,30 faiz artıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox