Yüksək Texnologiyalar Parkı və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb

Fevralın 14-də Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) və Azərbaycanın aparıcı ali təhsil müəssisələri arasında strateji əməkdaşlığa dair anlaşma sazişi imzalanıb.
TED.az xəbər verir ki, sazişə əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin IT, mühəndislik və elm istiqamətlərində seçilmiş SABAH qrupları proqramlarının tədrisinin 2026-cı ildən etibarən YTP ərazisində yeni qurulacaq “SABAH.city” şəhərciyində keçirilməsi nəzərdə tutulur.
Tədbirin açılış nitqi ilə çıxış edən Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova Azərbaycan Respublikası Prezidentinin “Ali təhsildə yeni məzmunlu təhsil proqramlarının əhatə dairəsinin genişləndirilməsi və maliyyələşdirilməsi barədə” Sərəncamına əsasən SABAH proqramının əhatə dairəsinin mərhələlərlə genişləndirilməsi barədə aparılan işlər barədə ətraflı məlumat verib və YTP ilə bu istiqamətdə “SABAH.city” innovasiya şəhərciyi çərçivəsində baş tutacaq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Daha sonra Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov rəhbərlik etdikləri universitetlərdə SABAH proqramları çərçivəsində görülən işlər haqqında çıxış edərək ali təhsilin keyfiyyətini yüksəltmək üçün yeni yanaşmaların tətbiqinin zəruriliyini qeyd ediblər.
Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov “SABAH.city” innovasiya şəhərciyi və ali təhsil müəssisələri arasında əməkdaşlıq barədə təqdimat edərək bildirib ki, bu layihə çərçivəsində müasir standartlara cavab verən infrastruktur, yenilənmiş kurikulum, innovativ tələbə qiymətləndirmə sistemi və yüksəkixtisaslı professor-müəllim heyəti ilə təhsilin keyfiyyəti daha da yüksəldiləcək.
Qeyd edilib ki, bakalavriat və magistratura tələbələrini əhatə edən bu təşəbbüs tədqiqat və innovasiya yönümlü akademik mühitin inkişafı, iştirakçı universitetlərdə qabaqcıl akademik ekosistemin yaradılması və tələbələri daim yenilənən əmək bazarına hazırlamaq üçün innovativ təhsil modellərini tətbiqini hədəfləyir.
TED + bölməsindən digər xəbərlər
ABŞ-də qripdən ölənlərin sayı COVID-19 qurbanlarının sayını ötüb


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edilir


ADY ilə Asiya İnkişaf Bankı arasında Sumqayıt–Yalama dəmiryol xəttinin bərpası müzakirə olunub (FOTO)


Hərəkətdə olan yük maşınları yeni qaydada yoxlanılacaq


Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb


Məcburi qaydada yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək


“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib


Vergi ödəyicilərinin sayı açıqlanıb


Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ


Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı Sazişi təsdiq edib


Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq


Prezident İlham Əliyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq edib


“Azərbaycan milli mətbuatının 150 illiyi” medalı təsis edildi, əsasnaməsi təsdiqləndi


Ötən il Bakıda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb


Azərbaycanda günəş elektrik stansiyalarında istehsal 5,5 dəfə artıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var


Dəyişkən hava şəraiti ilə bağlı FHN-dən MÜRACİƏT


Suraxanı rayonu ərazisində silah-sursat aşkarlandı


Həftənin ən çox oxunanları
Ləğv prosesində olan bankların kredit ödənişləri artıq "MilliÖn", "AniPay", m10, "Azərpoçt", ABB və "Kapital Bank" mobildə


Yüksək Texnologiyalar Parkı və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb


ASA: Rəqəmsallaşma sığorta sektorunda yeni imkanlar açıb


“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib


İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR


Bakı-Balakən qatarının yola düşmə vaxtı dəyişdirilib


Yüksək Texnologiyalar Parkı və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb


Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var

