“ASAN xidmət” təcrübəsi ilk dəfə Amerika qitəsində

Kolumbiyada “ASAN xidmət” təcrübəsi tətbiq olunacaq
“ASAN xidmət” modelinin ixracı ilə bağlı imzalanan sazişlərin sayı 25-ə çatıb. Belə ki, Dünya Hökumətlər Sammiti çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Kolumbiya Respublikasının müvafiq sahə üzrə fəaliyyət göstərən qurumu arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, memorandum “ASAN xidmət” təcrübəsinin Kolumbiya Respublikasında tətbiqini, eləcə də kolumbiyalı dövlət qulluqçuları üçün “ASAN xidmət” mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Kolumbiya tərəfi ilə paylaşılmasını nəzərdə tutur. Beləliklə, dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizin intellektual brendi olan “ASAN xidmət” təcrübəsi Avropa, Asiya və Afrika qitəsindən sonra Amerika qitəsində də tətbiq olunacaq.
İmzalanma mərasimindən sonra tərəflər arasında Anlaşma Memorandumunun implementasiyası istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə müzakirələr aparılıb.
Kolumbiyalı nazir “ASAN xidmət” modelinin onda yüksək təəssürat yaratdığını və əməkdaşlıq çərçivəsində tezliklə əməli addımların atılacağını diqqətə çatdırıb.
TED + bölməsindən digər xəbərlər
ABŞ-də qripdən ölənlərin sayı COVID-19 qurbanlarının sayını ötüb


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edilir


ADY ilə Asiya İnkişaf Bankı arasında Sumqayıt–Yalama dəmiryol xəttinin bərpası müzakirə olunub (FOTO)


Hərəkətdə olan yük maşınları yeni qaydada yoxlanılacaq


Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb


Məcburi qaydada yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək


“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib


Vergi ödəyicilərinin sayı açıqlanıb


Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ


Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı Sazişi təsdiq edib


Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq


Prezident İlham Əliyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq edib


“Azərbaycan milli mətbuatının 150 illiyi” medalı təsis edildi, əsasnaməsi təsdiqləndi


Ötən il Bakıda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb


Azərbaycanda günəş elektrik stansiyalarında istehsal 5,5 dəfə artıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var


Dəyişkən hava şəraiti ilə bağlı FHN-dən MÜRACİƏT


Suraxanı rayonu ərazisində silah-sursat aşkarlandı


Həftənin ən çox oxunanları
Ləğv prosesində olan bankların kredit ödənişləri artıq "MilliÖn", "AniPay", m10, "Azərpoçt", ABB və "Kapital Bank" mobildə


Yüksək Texnologiyalar Parkı və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb


ASA: Rəqəmsallaşma sığorta sektorunda yeni imkanlar açıb


“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib


İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR


Bakı-Balakən qatarının yola düşmə vaxtı dəyişdirilib


Yüksək Texnologiyalar Parkı və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb


Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var

