Azərbaycanda mühasibat uçotunun elektronlaşması ilə bağlı yeni tənzimləmələr tətbiq olunacaq

Azərbaycanda mühasibat uçotunun elektron formada aparılması ilə bağlı hüquqi tənzimləmələrin genişləndirilməsi nəzərdə tutulur.
TED.az xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 14-də keçirilən iclasının gündəliyinə daxil edilmiş “Mühasibat uçotu haqqında” Qanuna təklif edilən dəyişikliklərdə əksini tapıb.
2023-cü il dekabrın 22-də qəbul olunmuş “Mühasibat uçotu haqqında” Qanunda edilən dəyişikliklərə əsasən yeni normativ tələblər müəyyənləşib. Qanuna əsasən, mühasibat uçotunu elektron formada aparmalı olan subyektlərin dairəsi genişləndirilib. Bu subyektlərə dövriyyəsi yüksək olan iri və orta sahibkarlıq subyektləri, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan publik hüquqi şəxslər, eləcə də fəaliyyəti xüsusi qanunlarla tənzimlənən vergi ödəyiciləri daxildir.
Təklif olunan qanun layihəsinə uyğun olaraq, büdcə təşkilatlarında da mühasibat uçotunun elektron formada aparılması nəzərdə tutulur, həmçinin “e-mühasibat” informasiya sisteminin tətbiqi təklif olunur. Qanun layihəsi “e-mühasibat” informasiya sisteminin məqsədlərini müəyyən edir. Bu sistem mühasibat uçotunu elektron formada aparan subyektlərə maliyyə hesabatlarını elektron qaydada təqdim etməyə, mühasibat uçotu ilə bağlı beynəlxalq standartların Azərbaycan dilində rəsmi mətnlərinə və hüquqi aktların elektron versiyalarına çıxış əldə etməyə imkan yaradacaq. Bundan əlavə, sistem maarifləndirici məlumatlar və mühasibat uçotunun aparılmasını təmin edən proqram təminatlarına da çıxışı təmin edəcək.
Qanun layihəsinin tətbiqi mühasibat uçotu məlumatlarının operativliyini artırmaq, şəffaflığı təmin etmək, nəzarət mexanizmlərini optimallaşdırmaq və resurs istifadəsini daha səmərəli təşkil etmək məqsədi daşıyır. Xüsusilə, büdcə təşkilatlarının uçot məlumatlarının müvafiq qurumlara daha operativ şəkildə təqdim edilməsi və idarə olunması üçün yeni imkanlar yaradılması planlaşdırılır.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda təsdiqlənib.
TED + bölməsindən digər xəbərlər
ABŞ-də qripdən ölənlərin sayı COVID-19 qurbanlarının sayını ötüb


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


Ümumi orta təhsil bazasında kolleclərə tələbə qəbulu elan edilir


ADY ilə Asiya İnkişaf Bankı arasında Sumqayıt–Yalama dəmiryol xəttinin bərpası müzakirə olunub (FOTO)


Hərəkətdə olan yük maşınları yeni qaydada yoxlanılacaq


Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb


Məcburi qaydada yerə enmək barədə tələblərə riayət etməyən təyyarələrin məhvinə icazə veriləcək


“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib


Vergi ödəyicilərinin sayı açıqlanıb


Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ


Prezident İlham Əliyev Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji ilə bağlı Sazişi təsdiq edib


Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsinin yeni layihəsi hazırlanacaq


Prezident İlham Əliyev “İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin Nizamnaməsi”ni təsdiq edib


“Azərbaycan milli mətbuatının 150 illiyi” medalı təsis edildi, əsasnaməsi təsdiqləndi


Ötən il Bakıda istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb


Azərbaycanda günəş elektrik stansiyalarında istehsal 5,5 dəfə artıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var


Dəyişkən hava şəraiti ilə bağlı FHN-dən MÜRACİƏT


Suraxanı rayonu ərazisində silah-sursat aşkarlandı


Həftənin ən çox oxunanları
Ləğv prosesində olan bankların kredit ödənişləri artıq "MilliÖn", "AniPay", m10, "Azərpoçt", ABB və "Kapital Bank" mobildə


Yüksək Texnologiyalar Parkı və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb


ASA: Rəqəmsallaşma sığorta sektorunda yeni imkanlar açıb


“Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna dəyişikliklər birinci oxunuşda təsdiqlənib


İş və istirahət günlərinin yerləri dəyişdirilib - QƏRAR


Bakı-Balakən qatarının yola düşmə vaxtı dəyişdirilib


Yüksək Texnologiyalar Parkı və ölkənin aparıcı universitetləri strateji əməkdaşlığa imza atıb


Kriptovalyuta bazarı: yeni qanuna ehtiyacımız var

