AZ

Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir

 

109fe314cbc5405194fa2ad90da24eba.jpeg
17.02.2025 15:57

Azərbaycan Elm Fondu 2025-ci ilin Əsas Qrant Müsabiqəsini elan edir.

 

Fonddan TED.az-a bildirilib ki, “Əsas Qrant Müsabiqəsi - 2025” aparıcı alimlər tərəfindən həyata keçirilən elmi-tədqiqat layihələri proqramı çərçivəsində fundamental və tətbiqi xarakterli elmi tədqiqatlar üçün ayrılır. Həm perspektivli gənc alimlər, həm də məşğul olduğu elm sahəsində lider olan tədqiqatçılar qrant üçün müraciət edə bilərlər.

 

Müsabiqədə iştirak etmək üçün layihələr aprelin 10-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2025-ci ilin sonunda açıqlanması planlaşdırılır.

 

Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat fondun internet səhifəsində dərc olunacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox