AZ

Elm Fondu 2025-ci il üzrə Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsini elan edir

 

a8c3f3a28f66eeaaf0a838ef839371c2.jpeg
17.02.2025 16:20

Azərbaycan Elm Fondu gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması və onlara elmi-tədqiqat aparmaq üçün əlverişli imkanların yaradılması, gənc kadr potensialının gücləndirilməsi üçün proqramların işlənib-hazırlanması, onların elmi və peşəkarlıq səviyyələrinin yüksəldilməsi, innovasiya fəaliyyətinin dəstəklənməsi, regional və beynəlxalq səviyyəli proqram və layihələrdə iştirak etməyə cəlb edilməsi məqsədilə Gənc Alim və Tədqiqatçıların 9-cu qrant müsabiqəsini elan edir.

 

Fonddan TED.az-a bildirilib ki, perspektivli gənc alimlər, eləcə də məşğul olduqları elm sahəsində lider olan tədqiqatçılar bu qrant üçün müraciət edə bilərlər.

 

Müsabiqədə iştirak etmək üçün layihələr aprelin 10-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin 2025-ci ilin sonunda açıqlanması planlaşdırılır.

 

Qeyd edək ki, layihələrin qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində qrant iddiaçılarına kömək və sualların cavablandırılması məqsədilə məsləhət seminarlarının keçirilməsi nəzərdə tutulub. Bu barədə əlavə məlumat Fondun internet səhifəsində dərc olunacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox