AZ

ANAMA: Ötən həftə 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

 

1329519b06ecdb91915e036bd5fbbec0.jpeg
17.02.2025 16:40

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən fevralın 10-dan 16-dək icra edilən minatəmizləmə əməliyyatlarına dair məlumatı açıqlayıb.

 

ANAMA-dan TED.az-a bildirilib ki, ötən həftə Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 122, tank əleyhinə 51 mina və 306 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

 

Ötən həftə ərzində 935,6 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

TED + bölməsindən digər xəbərlər

Daha çox