AZ

İlon Mask: ABŞ-ın sosial təminat sistemində çox böyük saxtakarlıq var

 

b38b5005c8ef7ff00c6f0e1c86e71e2c.jpg
17.02.2025 18:40

ABŞ hökumətinin işinin səmərəliliyinin artırılması üzrə quruma (DOGE) rəhbərlik edən İlon Mask Birləşmiş Ştatların sosial təminat sistemində “böyük saxtakarlıq” olmasından şübhələnir. Belə ki, rəsmi məlumat bazalarında sosial ödəniş alan amerikalıların sayının ölkədəki vətəndaşların sayından xeyli çox olduğu görünür.

 

TED.az xəbər verir ki, İlon Mask bu barədə özünün sosial media hesabında yazıb. O, sosial ödənişlərin sayının 394 milyon, ölkə əhalisinin sayının isə 334 milyon olduğunu bildirib. Maskın sözlərinə görə, sosial müavinət tələb edə biləcək ABŞ vətəndaşlarının sayı 310 milyon nəfər olmalıdır.

 

Bir müddət öncə “Bloomberg” agentliyi DOGE-nin tibbi sığorta proqramları olan “Medicaid” və “Medicare” mərkəzlərində mümkün saxtakarlıq və israfçılıq şübhəsi ilə bağlı auditə başladığı barədə məlumat yayıb.

 

Donald Trampın inaqurasiyasından dərhal sonra qurulan DOGE agentliyi ABŞ-ın büdcə xərclərinin genişmiqyaslı auditinə başlayıb. Yeni qurum fəaliyyət göstərdiyi ilk 80 saat ərzində təxminən 420 milyon dollarlıq lüzumsuz dövlət müqavilələrini ləğv etdiyini açıqlayıb. İlon Mask isə hökumət xərclərini ümumilikdə 2 trilyon dollar azaltmağı hədəfləyir.

 

Qeyd edək ki, “The Wall Street Journal” qəzeti yanvarın sonlarında ABŞ hakimiyyətinin müxtəlif qrantlar və kreditlər də daxil olmaqla, hökumətin maliyyə yardımı proqramlarının dayandırılmasına göstəriş verdiyini yazıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox