AZ

İlin əvvəlindən 880 min sosial ödəniş elektron sistem üzərindən proaktiv qaydada təyin edilib

 

610fe2140e1d2fecb76d69e9f7670673.jpg
17.02.2025 19:20

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən pensiya, müavinət və təqaüd təyinatları elektronlaşdırılıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, bu il fevralın 1-dək həmin sosial təminat növləri üzrə 880 min (o cümlədən pensiya üzrə 142 min, müavinət və təqaüdlər üzrə 738 min) təyinat e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

 

Nəticədə vətəndaşların hüquqları yarandığı halda müraciətlərinə və sənəd təqdim etmələrinə ehtiyac qalmadan həmin sosial ödənişlər onlara proaktiv qaydada təyin edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox