AZ

Magistraturaya qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının izahı və düzgün cavabları açıqlanıb

 

b2d4f2700f677769ce6bb5780aafa8a5.jpg
17.02.2025 19:57

Magistraturaya qəbul imtahanında istifadə olunan test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları açıqlanıb.

 

Dövlət İmtahan Mərkəzindən  TED.az-a bildirilib ki, test tapşırıqlarının izahları isə gün ərzində Mərkəzin internet saytına yerləşdiriləcək.

 

Xatırladaq ki, imtahanın nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

TED + bölməsindən digər xəbərlər

Daha çox