AZ

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

bf68e6736db973e4e5b394285323e64e.jpg
18.02.2025 10:00

Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

 

Bu barədə TED.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

 

Bildirilib ki, bununla bağlı NİİM-in əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.

 

 

"Eyni zamanda tablolarda "sürüşkən yol" işarəsi qoyulub.

 

Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir", - məlumatda qeyd olunub.

TED + bölməsindən digər xəbərlər

Daha çox