Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı sərəncam imzalayıb

Azərbaycan Respublikasının Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksi yaradılır.
TED.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən, Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli 479 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində işğaldan azad edilmiş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.29-cu yarımbəndində göstərilmiş məbləğin 18,3 milyon (on səkkiz milyon üç yüz min) manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılacaq.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu məbləğdə maliyyələşməni təmin edəcək.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi, həmçinin digər aidiyyəti dövlət orqanları (qurumları) Soyqırımı Memorial Kompleksinin yaradılması məsələlərinin həlli ilə bağlı zəruri tədbirlər görəcək.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.
TED + bölməsindən digər xəbərlər
Nazirlər Kabinetinin ƏDV ilə bağlı qərarına Dövlət Xidmətindən ŞƏRH


Mülki təyyarələrə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiq edilib


Çin 450 km/saat sürətlə hərəkət edəcək qatarın sınaqlarına başlayır


“Tesla”nın bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb


Rəqəmsal tibb problemləri İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindəndir


Pusanda Asiyanın ən böyük dron sərgisi keçirilir


Kosmosdan baxanda Yerdəki insanın üzünü ayırd edən kamera hazırlandı


Tramp Çin hökuməti ilə "TikTok"u müzakirə edəcək

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb


Bu gün avtobuslar adi qrafiklə fəaliyyət göstərəcək - AYNA


“Apple” Rusiyanın bu xidmətə çıxışını qadağan edib


DİN hərəkət iştirakçılarına müraciət edib


Bu gün Su çərşənbəsidir


Prezident İlham Əliyev bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında fərman imzalayıb


Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ADY-yə birləşdirildi - FƏRMAN


Prezident İlham Əliyev Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb


“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb


Pakistanın Baş naziri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub


Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı sərəncam imzalayıb


Baş Dövlət Yol Polisi İdarəsi: Şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır


Ötən ay kart vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb


Sabah bütün pensiyalar ödəniləcək


Həftənin ən çox oxunanları
Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb


Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ


Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib

