Prezident İlham Əliyev Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
TED.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabineti üç ay müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir:
emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi;
emal edilməmiş almazın ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydası;
emal edilməmiş almazın gömrük rəsmiləşdirilməsinin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə uyğunlaşdırılması;
Bu Sərəncamın 1.1.1-ci yarımbəndində qeyd olunan fəaliyyətin rəqəmsallaşdırılması;
emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili;
Bu Sərəncamın 1.1.1-ci yarımbəndi nəzərə alınmaqla, dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyaların yaradılması və onların fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmasını təmin etməlidir;
Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin iştirakçıları ilə qarşılıqlı əlaqələrinin qurulmasından irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir;
Bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
TED + bölməsindən digər xəbərlər
Nazirlər Kabinetinin ƏDV ilə bağlı qərarına Dövlət Xidmətindən ŞƏRH


Mülki təyyarələrə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiq edilib


Çin 450 km/saat sürətlə hərəkət edəcək qatarın sınaqlarına başlayır


“Tesla”nın bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb


Rəqəmsal tibb problemləri İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindəndir


Pusanda Asiyanın ən böyük dron sərgisi keçirilir


Kosmosdan baxanda Yerdəki insanın üzünü ayırd edən kamera hazırlandı


Tramp Çin hökuməti ilə "TikTok"u müzakirə edəcək

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb


Bu gün avtobuslar adi qrafiklə fəaliyyət göstərəcək - AYNA


“Apple” Rusiyanın bu xidmətə çıxışını qadağan edib


DİN hərəkət iştirakçılarına müraciət edib


Bu gün Su çərşənbəsidir


Prezident İlham Əliyev bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında fərman imzalayıb


Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ADY-yə birləşdirildi - FƏRMAN


Prezident İlham Əliyev Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb


“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb


Pakistanın Baş naziri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub


Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı sərəncam imzalayıb


Baş Dövlət Yol Polisi İdarəsi: Şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır


Ötən ay kart vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb


Sabah bütün pensiyalar ödəniləcək


Həftənin ən çox oxunanları
Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb


Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ


Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib

