AZ

Tramp Çin hökuməti ilə "TikTok"u müzakirə edəcək

 

5db0602e908795e6fa638b91b51f4974.jfif
25.02.2025 16:40

ABŞ administrasiyası Çin hökuməti ilə ölkədə "TikTok" sosial şəbəkəsi ətrafındakı vəziyyəti müzakirə edəcək.

 

TED.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərlə söhbətində deyib.

 

"Bir çox insan "TikTok"la maraqlanır və bizim bu platformada yaxşı iş görmək şansımız var, biz Çinlə də danışacağıq. "TikTok"u ayaqda saxlamaq və onu bu sosial şəbəkədə əla işlər görə biləcək birinə satmaq əla olardı", - deyə o bildirib.

 

Xatırladaq ki, D.Tramp seçki kampaniyası dövründə dəfələrlə "TikTok"u Birləşmiş Ştatlarda bloklayacağını bəyan etmişdi.

Dünya bölməsindən digər xəbərlər

Daha çox