Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ADY-yə birləşdirildi - FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili haqqında Fərman imzalayıb.
TED.az xəbər verir ki, Fərmana əsasən, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra – Cəmiyyət) “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra – Liman) ona qoşulması formasında yenidən təşkil ediləcək.
Cəmiyyətin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
- Azərbaycan Respublikasının Prezidentinə:
- Cəmiyyətin yenidən təşkili və ləğvi;
- Cəmiyyətin icra orqanının rəhbərinin və üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinə (AZCON−a):
- bu Fərmanın 2.1-ci bəndində qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə aid edilmiş məsələlərin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirilməsi;
- Azərbaycan Respublikasının normativ hüquqi aktları, eləcə də Cəmiyyətin nizamnaməsi ilə ümumi yığıncağa həvalə edilən digər səlahiyyətlərin həyata keçirilməsi.
Müəyyən edeilir ki, Limanın Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş hüquqları və öhdəlikləri, habelə əmlakı Cəmiyyətə keçir.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 1-ci və 2-ci hissələri nəzərə alınmaqla, normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON) Cəmiyyətin yeni nizamnaməsini və strukturunu üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etməlidir və bu Fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
TED + bölməsindən digər xəbərlər
Nazirlər Kabinetinin ƏDV ilə bağlı qərarına Dövlət Xidmətindən ŞƏRH


Mülki təyyarələrə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiq edilib


Çin 450 km/saat sürətlə hərəkət edəcək qatarın sınaqlarına başlayır


“Tesla”nın bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb


Rəqəmsal tibb problemləri İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindəndir


Pusanda Asiyanın ən böyük dron sərgisi keçirilir


Kosmosdan baxanda Yerdəki insanın üzünü ayırd edən kamera hazırlandı


Tramp Çin hökuməti ilə "TikTok"u müzakirə edəcək

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb


Bu gün avtobuslar adi qrafiklə fəaliyyət göstərəcək - AYNA


“Apple” Rusiyanın bu xidmətə çıxışını qadağan edib


DİN hərəkət iştirakçılarına müraciət edib


Bu gün Su çərşənbəsidir


Prezident İlham Əliyev bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında fərman imzalayıb


Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ADY-yə birləşdirildi - FƏRMAN


Prezident İlham Əliyev Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb


“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb


Pakistanın Baş naziri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub


Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı sərəncam imzalayıb


Baş Dövlət Yol Polisi İdarəsi: Şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır


Ötən ay kart vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb


Sabah bütün pensiyalar ödəniləcək


Həftənin ən çox oxunanları
Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb


Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ


Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib

