“Azərkosmos”: Peyk təsvirləri aqrar sahədə məhsuldarlığı proqnozlaşdıra bilər

Peyk təsvirləri və ənənəvi qiymətləndirmə metodları əsasında Azərbaycan üzrə geniş ərazilərdə məhsuldarlıq proqnozlaşdırıla bilər.
TED.az xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) Coğrafi İnformasiya Sistemləri Mərkəzinin direktoru İsmət Baxışov “Azərbaycanda aqrar sığorta: İnkişaf və perspektivlər” mövzusunda keçirilən tədbirdə bildirib.
"Bunun üçün müxtəlif bitki və vegetasiya indeksləri hesablanır və çöl müşahidələri ilə birlikdə modelləşdirilir ki, nəticədə daha dəqiq məhsuldarlıq göstəriciləri əldə olunsun", - İ. Baxışov qeyd edib.
Onun sözlərinə görə, kosmik texnologiyalar dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da aqrar sektorda geniş tətbiq olunur: "Xüsusilə orta orbitdə yerləşən iqlim peykləri vasitəsilə əldə edilən məlumatlar daha dəqiq hava proqnozlarının hazırlanmasına imkan yaradır ki, bu da açıq sahələrdə fəaliyyət göstərən aqrar sektor üçün mühüm əhəmiyyət daşıyır.
Peyk məlumatları aqrar sahədə müxtəlif istiqamətlərdə istifadə edilir. Məsələn, naviqasiya peykləri kənd təsərrüfatı texnikalarının izlənməsi və planlaşdırılmasına kömək edir ki, bu da sərf olunan maliyyə resurslarına qənaət etməyə imkan verir. Telekommunikasiya peykləri isə rabitə infrastrukturu olmayan ucqar bölgələrdə internet bağlantısını təmin edir.
Bundan əlavə, Yerin məsafədən müşahidəsi peyklərindən əldə edilən məlumatlar əsasında hazırlanan istinad xəritələri torpaq tipləri, əkin sahələri, torpağın münbitlik dərəcəsi, şorlaşma səviyyəsi və qrunt sularının dərinliyi kimi vacib göstəriciləri müəyyən etməyə kömək edir".
İ. Baxışov vurğulayıb ki, bu peyklər eyni zamanda aqrar sığorta sahəsində risk analizlərinin aparılmasını da təmin edir: "Belə ki, peyk vasitəsilə tərtib edilən risk xəritələri sayəsində quraqlıq, daşqın və digər təbii fəlakətlərin başvermə ehtimalı öncədən müəyyən edilə bilir. Hətta su anbarlarının və çayların daşması nəticəsində hansı ərazilərin su altında qalacağı kimi risklər də əvvəlcədən hesablanır. Bu məlumatlar xüsusi bazalarda saxlanılır və fermerlər üçün indeks əsaslı yanaşmalarla qiymətləndirmə aparmağa imkan yaradır.
Eyni zamanda, peyk texnologiyaları sığorta hadisəsi baş verdikdən sonra dəymiş zərərin qiymətləndirilməsinə də kömək edir. Hadisə geniş əraziləri əhatə etdikdə, peyk təsvirləri vasitəsilə zərərin miqyasını və təsirlərini dəqiq müəyyən etmək mümkündür".
TED + bölməsindən digər xəbərlər
Nazirlər Kabinetinin ƏDV ilə bağlı qərarına Dövlət Xidmətindən ŞƏRH


Mülki təyyarələrə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiq edilib


Çin 450 km/saat sürətlə hərəkət edəcək qatarın sınaqlarına başlayır


“Tesla”nın bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb


Rəqəmsal tibb problemləri İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindəndir


Pusanda Asiyanın ən böyük dron sərgisi keçirilir


Kosmosdan baxanda Yerdəki insanın üzünü ayırd edən kamera hazırlandı


Tramp Çin hökuməti ilə "TikTok"u müzakirə edəcək

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb


Bu gün avtobuslar adi qrafiklə fəaliyyət göstərəcək - AYNA


“Apple” Rusiyanın bu xidmətə çıxışını qadağan edib


DİN hərəkət iştirakçılarına müraciət edib


Bu gün Su çərşənbəsidir


Prezident İlham Əliyev bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında fərman imzalayıb


Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ADY-yə birləşdirildi - FƏRMAN


Prezident İlham Əliyev Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb


“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb


Pakistanın Baş naziri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub


Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı sərəncam imzalayıb


Baş Dövlət Yol Polisi İdarəsi: Şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır


Ötən ay kart vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb


Sabah bütün pensiyalar ödəniləcək


Həftənin ən çox oxunanları
Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb


Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ


Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib

