AZ

“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb

8937234d9be89c0eb613edfe1a974d8b.png
25.02.2025 11:20

“Bitcoin”in qiyməti bu gün Bakı vaxtı ilə 12:05-də 89 min 885 ABŞ dollarına düşüb.

 

TED.az bu barədə kriptovalyuta birjası "Binance"dan məlumat əldə edib.

 

Məlumata görə, bu qiymət son 24 saatda 6,23% ucuzlaşma deməkdir. Bununla yanaşı, son 24 saatda “Ethereum” 12,13%, “XRP” 12,68%, “BNB” 6,35% “Solana” 14,56% ucuzlaşıb.

 

 

Qeyd edək ki, “Bitcoin” son bir həftədə 5,66%, son bir ayda 14,5% ucuzlaşıb. Son bir ildə isə 64,89% bahalaşıb.

 

Qeyd edək ki, “Bitcoin”in qiyməti yanvarın 13-dən sonra ilk dəfə 90 min dollardan aşağı düşüb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox