Nazirlər Kabinetinin ƏDV ilə bağlı qərarına Dövlət Xidmətindən ŞƏRH

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Nazirlər Kabinetinin “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişikliklər edilməsi ilə bağlı 24 fevral 2025-ci il tarixli qərarını şərh edib.
TED.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
ƏDV depozit hesabının rekvizitlərinin göstərilməsi barədə tələblər
Məlumata görə, dəyişikliyə əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, həmçinin kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı alıcıya təqdim olunan qəbzdə, çekdə ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi tələbi aradan qaldırılıb.
ƏDV depozit hesabının rekvizitləri Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az internet saytında yerləşdirilib. Dəyişikliklərin əsas səbəbi elektron qaimə-fakturanı əldə edən tərəflər arasında ƏDV qeydiyyatında olmayan vergi ödəyicilərinin olması, bəzən ƏDV qeydiyyatında olan vergi ödəyiciləri tərəfindən əməliyyatların müəyyən hissəsinin əməliyyatrın xarakterindən asılı olaraq ƏDV-yə cəlb edilməməsi və bu səbəbdən ƏDV ödəmək öhdəliyi yaranmaması zamanı yaranan çaşqınlıqların aradan qaldırılmasıdır.
Qurum bildirib ki, Qaydaların 2.1-ci bəndinin yarımbəndlərində qeyd olunduğu kimi, ƏDV-yə cəlb olunan (18%) əməliyyatlar üzrə, o cümlədən yaşayış və qeyri-yaşayış sahələrinin alqı-satqısı zamanı ödənilmiş ƏDV-nin bir hissəsinin geri alınması üçün hesablanan vergi məbləğinin ƏDV-nin depozit hesabına köçürməsi ilə bağlı tələblər qüvvədədir.
ƏDV üzrə öhdəliklərinin yerinə yetirilməsinə dair məlumatların xəzinədarlığa təqdim edilməsi vaxtının dəyişdirilməsi
Müvafiq qaydalarda edilmiş digər mühüm dəyişiklik vergi ödəyicisi tərəfindən ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişlərin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, vergi ödəyiciləri ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödənişi, iş günü saat 14.15-dək həyata keçirdikdə, həmin vəsaitin dövlət büdcəsinə ödənilməsi üçün Dövlət Vergi Xidməti tərəfindən müvafiq sənədlərin həmin gün Dövlət Xəzinədarlıq Agentliyinə təqdim edilməsi vaxtı 14:30-dək müəyyənləşdirilib. Dəyişiklikdən əvvəl yalnız 11.30 dək olan ödənişlərin həmin gün DXA-ya təqdim olunması nəzərdə tutulurdu.
Müvafiq dəyişiklik vergi ödəyicilərinin müraciətləri əsasında həyata keçirilib. Qeyd edək ki, bu məsələ Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Vergi və hesabatlılıq” işçi qrupunun iclaslarında sahibkarlıq subyektləri ilə geniş müzakirə olunub. Nəticədə, ƏDV sub-uçot hesabından dövlət büdcəsinə ödəniş müddəti artacaq, Dövlət Xəzinədarlıq Agentliyinə təqdim olunması nəzərdə tutulmuş sənədlərin ötürülməsi prosesi sürətlənəcək və ödəmələrin gün ərzində aidiyyəti üzrə yerli xəzinədarlıq orqanlarına köçürülməsi təmin ediləcək. Sahibkarlıq subyektlərinin və biznesin maraqlarına xidmət edən bu dəyişiklik nəticəsində vergi ödəyicilərinin ƏDV üzrə öhdəlikləri daha tez yerinə yetiriləcək və onlara əlavə faizlərin hesablanması kimi hallar aradan qalxacaq.
TED + bölməsindən digər xəbərlər
Nazirlər Kabinetinin ƏDV ilə bağlı qərarına Dövlət Xidmətindən ŞƏRH


Mülki təyyarələrə texniki xidmət göstərən təşkilatların sertifikatlaşdırılması qaydası təsdiq edilib


Çin 450 km/saat sürətlə hərəkət edəcək qatarın sınaqlarına başlayır


“Tesla”nın bazar dəyəri 1 trilyon dollardan aşağı düşüb


Rəqəmsal tibb problemləri İnformasiya Texnologiyaları İnstitutunun prioritet istiqamətlərindəndir


Pusanda Asiyanın ən böyük dron sərgisi keçirilir


Kosmosdan baxanda Yerdəki insanın üzünü ayırd edən kamera hazırlandı


Tramp Çin hökuməti ilə "TikTok"u müzakirə edəcək

Hesablama Palatası İT sistemlərini qismən “Hökumət buludu”na köçürüb


Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb


Bu gün avtobuslar adi qrafiklə fəaliyyət göstərəcək - AYNA


“Apple” Rusiyanın bu xidmətə çıxışını qadağan edib


DİN hərəkət iştirakçılarına müraciət edib


Bu gün Su çərşənbəsidir


Prezident İlham Əliyev bəzi fərmanlarda dəyişiklik edilməsi haqqında fərman imzalayıb


Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ADY-yə birləşdirildi - FƏRMAN


Prezident İlham Əliyev Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb


“Bitcoin”in qiyməti 90 min dollardan aşağı düşüb


Pakistanın Baş naziri 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub


Prezident İlham Əliyev Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması ilə bağlı sərəncam imzalayıb


Baş Dövlət Yol Polisi İdarəsi: Şaxtalı hava şəraiti yollarda gizli buzlanma ehtimalını artırır


Ötən ay kart vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi artıb


Sabah bütün pensiyalar ödəniləcək


Həftənin ən çox oxunanları
Ali məktəblərə qəbul imtahanlarında iştirak üçün qeydiyyat başlayıb


“AzerGold”da növbəti qanvermə aksiyası keçirilib


Bu avtobus marşrutları üzrə müsabiqələrin qalibləri açıqlanıb


Buraxılış imtahanında iştirak edən şagirdlərin NƏZƏRİNƏ


Tələbələr Qazaxıstanda doktorantura təhsili alacaq

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır


“Açıq kitabxana” genişzolaqlı internetlə təmin edilib

