AZ

Azərbaycan yəhudilərinin onlayn xəritəsi hazırlanıb

7ff3b3e33f3e376f38e126e9ff09bc94.jpg
12.09.2020 14:48

Diarna virtual platformasının veb saytında Azərbaycandakı yəhudi icmalarının tarixi barədə ətraflı məlumat və onlayn xəritə yerləşdirilib.


TED.az xəbər verir ki, 2019-cu ilin yay aylarında Mooreshet Adventures turizm şirkətinin qurucusu Arye Şarnberq ölkəmizdəki yəhudilərin tarixini araşdırmaq məqsədilə Azərbaycana səfər edib. 


Tədqiqatçı bu araşdırmanı Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə Amerika Sefardları Federasiyası və müxtəlif bölgələrdə yəhudilərin tarixi irsini rəqəmli formatda qoruyub saxlamağa çalışan Diarna virtual platforması ilə birgə gerçəkləşdirib. 


Dörd ay ərzində Arye Şarnberq yəhudi icmaları ilə əlaqələr quraraq bu xalqın tarixinin və irsinin bir çox maraqlı məqamlarını öyrənməyə nail olub.


Amerika Sefardlar Federasiyası tədqiqatın aparılmasında göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə xüsusi minnətdarlığını bildirib.


Qeyd olunan onlayn xəritəyə BURAYA keçid etməklə baxmaq mümkündür.

TED + bölməsindən digər xəbərlər

Daha çox