AZ

Yaponiyanın məşhur avtomobil brendi elektromobil alışının artmasına görə Çindəki istehsalını azaldır

 

2ba4ff0be69e2d5d23b833f33380ba93.jpeg
24.06.2024 10:40

Yaponiyanın tanınmış avtomobil korporasiyası “Nissan Motor” satışın zəifləməsi səbəbindən Çindəki istehsalını təxminən 10 faiz azaldıb.

 

TED.az şirkətin açıqlamasına istinadla xəbər verir ki, səbəb Çin bazarında “yaşıl avtomobil”lərə (elektrik mühərrikli avtomobil) marağın sürətlə çoxalması fonunda ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin satışının azalmasıdır.

 

“Nissan”ın Çinin Çancou şəhərindəki müştərək müəssisəsində SUV modellərin istehsalı azaldılıb. İllik istehsal gücü 130 min avtomobil olan Çancoudakı zavod “Nissan”ın Çindəki ümumi istehsalının təxminən 10 faizini təmin edir. Şirkət Çin bazarında strategiyasını dəyişməyi də nəzərdən keçirir.

 

Qeyd edək ki, Yaponiyanın digər tanınmış istehsalçılarından “Mitsubishi Motors” ötən il Çindəki fəaliyyətini dayandırıb, “Honda Motor” isə könüllü ixtisar yolu ilə istehsalı azaldır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox