AZ

“SpaceX” daha 20 internet peykini orbitə çıxarıb

 

5c97510509cbb8ea9f90a6d1d4dee67c.jpg
24.06.2024 14:20

“SpaceX” kompaniyasının “Falcon 9” daşıyıcı raketi qlobal internet şəbəkəsinin orbital qruplaşması üçün nəzərdə tutulan növbəti 20 “Starlink” peykini orbitə çıxarıb.

 

TED.az xəbər verir ki, daşıyıcı raket iyunun 23-də ABŞ-ın Sakit okean vaxtı ilə saat 20:47-də Kaliforniya ştatının Vandenberq bazasından start götürüb.

 

“SpaceX” 2019-cu ildən bəri kosmik fəzaya ümumilikdə 6,6 mindən çox peyk buraxıb. Hazırda onların 6,2 mindən çoxu işlək vəziyyətdədir.

 

Kompaniyanın qlobal layihəsi olan “Starlink” internet şəbəkəsi dünyanın 70 ölkəsində istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, onun xidmətindən ABŞ hərbçiləri də istifadə edirlər.

 

Dünyanın ən böyük peyk operatoru olan “SpaceX” orbitə ümumilikdə 12 minə yaxın minipeyk çıxarmağı hədəfləyir. Təxminən 10 milyard dollara başa gələcək layihə planetin istənilən guşəsində genişzolaqlı internetə çıxışı təmin etməyə imkan yaradacaq. Kompaniya növbəti mərhələdə orbital qruplaşmadakı kosmik aparatların sayını 30 minə çatdırmağı planlaşdırır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox