AZ

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi beynəlxalq mükafata layiq görülüb

 

e8d8379d5cb249088e188001518e3167.jpg
22.07.2024 12:57

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) ABŞ-da keçirilən “19-cu illik beynəlxalq 2024 Globee® texnologiya müsabiqəsi”ndə uğur qazanıb.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, Mərkəzin 2023-cü il ərzində olan fəaliyyəti və qazandığı uğurlar barədə təqdim etdiyi iş müsabiqənin münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.

 

DOST RİM sosial sahənin uğurla rəqəmsallaşdırılması ilə əlaqədar “Gümüş Globee® Qalibi” mükafatına layiq görülüb.

 

Müsabiqəyə Azərbaycanla yanaşı, ABŞ, Avstraliya, Vyetnam, Bolqarıstan, Hindistan, Almaniya, Birləşmiş Ərəb Əmirlikləri, İsrail, İsveç, Rusiya, Böyük Britaniya və bir sıra digər ölkələrin 1700-dən çox layihəsi təqdim olunub.

 

Mərkəzin adı beynəlxalq müsabiqənin rəsmi səhifəsindəki qaliblərin siyahısında yer alıb.

 

Bununla da bu ilin ötən dövrü ərzində DOST RİM-in əldə etdiyi beynəlxalq mükafatların sayı 13-ə çatıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox