AZ

Hərbi pilotlar təlim-məşq uçuşları icra ediblər

 

d120f051433d261ffebafc0d6256b11e.jpg
22.07.2024 13:35

2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşları icra ediblər.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən TED.az-a verilən məlumata görə, əvvəlcə təhlükəsizlik qaydaları şəxsi heyətə çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.

 

Təlim-məşq uçuşlarının ssenarisinə uyğun olaraq, Su-25ML və Su-25 tipli təyyarələrdən müəyyənləşdirilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.

 

Döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı hərbi pilotlar yüksək peşəkarlıq nümayiş etdiriblər.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox