AZ

Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibi təsdiq edilib -SƏRƏNCAM

08f0a2b776c383c356cd71c751f3ac0d.jpg
23.07.2024 10:00

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

 

TED.az xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Müşahidə Şurasının sədri təsdiq edilib.

 

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, elm və təhsil nazirinin müavini İdris İsayev, maliyyə nazirinin müavini Azər Bayramov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Müşahidə Şurasının üzvləri təsdiq edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox