AZ

Gömrük bəyannaməsində düzəlişlər edilməsinə icazə verildiyi halların sayı artırıldı

aa71ac0f9774a00acf191dd0329b64a2.jpg
23.07.2024 10:57

Gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verildiyi hallar artırılıb.

 

TED.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.

 

Beləliklə, bu hallar sırasına aşağıdakılar əlavə edilib:

 

- malların buraxılışı həyata keçirildikdən sonra 3 (üç) il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda;

 

- gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;

 

- aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;

 

- yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

 

Gömrük auditi nəticəsində malların düzgün gömrük proseduru altında yerləşdirilməməsi müəyyən edildikdə gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv ediləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox