AZ

"Snayper hazırlığı" kursu keçirilib - FOTO

f492c5d164d2f06e243c608f4083d8ea.jpg
23.07.2024 12:20

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunda “Snayper hazırlığı” kursu keçirilib.

 

Bu barədə TED.az--a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd edilib ki, tədris proqramına uyğun olaraq, hərbi qulluqçulara snayper tüfənglərinin taktiki-texniki xüsusiyyətləri öyrədilib, onların atəş hazırlığı üzrə praktiki vərdişləri təkmilləşdirilib.

 

Kurs müddətində atəş mövqeyinin seçilməsi, maskalanma, eləcə də müxtəlif məsafələrdə yerləşən hədəflərin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi üzrə tapşırıqlar snayperlər tərəfindən yüksək peşəkarlıqla yerinə yetirilib.

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox