AZ

“Tesla” gələn il insanabənzər robotlardan istifadə etməyə başlayacaq

 

d788ecdf85f4a1f4852f0e3057fdaf55.jpg
23.07.2024 17:20

Amerikanın “Tesla” avtomobil istehsalçısı 2025-ci ildə insanabənzər robotlardan istifadə etməyə başlayacaq. Kompaniya, həmçinin 2026-cı ildən həmin robotların satış üçün kütləvi istehsalını təşkil edəcək.

 

TED.az “The Wall Street Journal” qəzetinə istinadla xəbər verir ki, kompaniyanın rəhbəri İlon Mask bu barədə özünün sosial media hesabında yazıb.

 

Bir neçə ildir belə robotlar üzərində şalısan “Tesla” onların ağır tapşırıqları yerinə yetirə biləcəyini, eləcə də işçi qüvvəsi çatışmazlığını aradan qaldıracağını və istehsalın səmərəliliyini artıracağını düşünür.

 

Mart ayında İlon Mask “Optimus” adlı insanabənzər robotların fabrikdə hərəkət etməsinin və sadə tapşırıqları yerinə yetirməsinin əks olunduğu videoları yayımlayıb. “Optimus”un “Tesla” fabriklərində fəaliyyət göstərəcəyini elan edən milyarder, həmçinin onların birinin təxminən 20 min dollara satışa çıxarılacağını bildirib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox