AZ

Reabilitasiya xidmətlərindən faydalanmaq istəyənlər üçün bir neçə yeniliyin tətbiqinə başlanılıb - FOTO

 

a0e071b72faf4aeee6752a2c1bd85155.jpg
23.07.2024 18:40

Artıq e-sosial.az platformasından reabilitasiya müəssisələrində rezervasiya formalaşdırmaq üçün ən yaxın boş tarixlər barədə məlumat əldə etmək mümkündür.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a verilən məlumata görə, vətəndaşlar “e-sosial.az” ➡️ “e-Xidmətlər” ➡️ “Yaxın tarixdə reabilitasiya müəssisələrində olan boş yerlərin siyahısı” bölməsinə daxil olaraq ətraflı məlumat əldə edə bilərlər.

 

Eyni zamanda, reabilitasiya müəssisəsinə rezervasiya formalaşdırıldıqda vətəndaşa bu barədə SMS-bildiriş göndərilməsinə başlanılıb. Bildirişdə tarix, müəssisənin ünvanı və əlaqə nömrəsi, lazımi sənədlərin siyahısı və s. barədə məlumatlar təqdim olunur.

 

Qeyd edək ki, əlilliyi olan şəxslər reabilitasiya müəssisələrində bərpa müalicə kursundan yararlanmaq üçün TSEK və ya DOST mərkəzlərinə müraciət edə bilərlər.

TED + bölməsindən digər xəbərlər

Daha çox