AZ

Paytaxtın 5 avtobus marşrutunun hərəkət sxemi dəyişdirilib

 

afb87924510c7d34509f7b437f78b59e.jpg
24.07.2024 12:40

Paytaxt yollarında aparılan təmir işləri ilə əlaqədar iyulun 24-də Əhməd Rəcəbli küçəsində (Təbriz küçəsindən Fətəlixan Xoyski küçəsinə qədər olan hissə) nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

 

Bu barədə TED.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Tətbiq edilən məhdudiyyətlə əlaqədar 2, 5, 9, 11 və 24 nömrəli müntəzəm avtobus marşrutlarının hərəkəti alternativ olaraq Ağa Nemətulla küçəsi, Uluqbəy küçəsi, Fətəli xan Xoyski küçəsi və Faiq Yusifov küçəsi ilə təşkil edilib.

TED + bölməsindən digər xəbərlər

Daha çox