AZ

Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir

 

2a2aacae10ff40bfd14d28259ca5e97a.jpg
24.07.2024 14:57

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin (MYS) təşviqi üzrə qrant müsabiqəsi davam edir.

 

Nazirlikdən TED.az-a bildirilib ki, müsabiqənin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planının icrası istiqamətində mədəni və yaradıcı sənayelərin, həmçinin mədəni və innovativ cəmiyyətin inkişafı üçün müasir, dayanıqlı və çoxtərəfli əməkdaşlıqları özündə ehtiva edən, müasir dövrün çağırışlarına cavab verən layihələrin həyata keçirilməsi və bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunun artırılmasıdır.

 

Qrant müsabiqəsi mədəniyyət və yaradıcı sənayelərin inkişafı, mədəniyyət sahəsində rəqəmsal həllər, yerli animasiyanın dəstəklənməsi kino sənayesində institusional islahatlara dair layihələri əhatə edir. Sənədlərin qəbulu grants.culture.az internet resursu üzərindən elektron formada həyata keçirilir.

 

Müsabiqəyə avqustun 2-dək grants.culture.az resursu üzərindən elektron formada müraciət etmək olar.

 

Qrant müsabiqəsi ilə bağlı suallarla projects@culture.gov.az elektron ünvanına və ya Mədəniyyət Nazirliyinin Qaynar xəttinə (Tel: 147) müraciət etmək mümkündür.

TED + bölməsindən digər xəbərlər

Daha çox