AZ

Türkiyə ilə ABŞ arasında tarixi mühərrik razılaşması

376c29e79e1b73821a9fe4ac60a12d66.jpg
25.07.2024 12:54

Türkiyə müdafiə sənayesindəki gücünü artırmaq yolunda əhəmiyyətli bir addım atdı. ABŞ-ın təyyarə mühərriki istehsalçısı GE Aerospace, Turkish Aerospace Industries Inc. (TUSAŞ) və TUSAŞ Motor Sanayii A.Ş. (TEI) ilə Hürjet təyyarələri üçün yeni müqavilə imzalandı. Bu müqavilə çərçivəsində GE istehsalı olan F404 turbofan mühərrikinin Hürjetin yeni versiyalarına inteqrasiyası həyata keçiriləcək.


Müqaviləyə əsasən, TEI F404 mühərrikinin yığılması, sınaqdan keçirilməsi, texniki xidmət-təmiri  əməliyyatlarını həyata keçirəcək.


GE-nin F404 mühərriki haqqında qısaca danışsaq, onun yüksək performansı və etibarlılığı ilə tanındığını deyə bilərik. O, həmçinin Hürjet-in inkişafı və fəaliyyətə başlamasında mühüm rol oynayacaq.

 

Önümüzdəki illərdə T-38 və F-5 təyyarələrini əvəz edəcək Hürjet, Türkiyənin təlim və yüngül hücum missiyalarında istifadə ediləcək. Çünki 13,4 metr uzunluğunda və 11 metr qanad açıqlığı olan bu təyyarə maksimum 45 min fut (təxminən 14 km) yüksəkliyə çatmaq üçün nəzərdə tutulmuşdu.

 

Müqavilənin digər mühüm ölçüsü Türkiyənin müdafiə sənayesində xarici asılılığı azaltmaq və yerli istehsal imkanlarını artırmaq məqsədlərinə uyğun olmasıdır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox