AZ

Federal Təhqiqatlar Bürosu Trampa sui-qəsd cəhdi edənin internetdə nə axtardığını açıqlayıb - Kennedi...

a6702a5c5965c26c87586dc191eae314.jpg
25.07.2024 14:35

Federal Təhqiqatlar Bürosunun direktoru Kristofer Rey keçmiş prezident Donald Trampa sui-qəsd cəhdi edənin internetdə nələr axtardığını  açıqlayıb. O, sui-qəsdçinin Kennedinin qətli ilə bağlı təfərrüatları araşdırdığını bildirib.

 


20 yaşlı sui-qəsdçi Tomas Metyu Kruksun sui-qəsddən bir həftə əvvəl internetdə “Necə Osvald Kennedini çox uzaqdan vurdu?" - belə bir axtarış edib. Bu məlumat onun psixi vəziyyətini anlamaq üçün mühüm ipucu hesab olunur. 


Sui-qəsdçi drondan da istifadə edib


New York Times-ın məlumatına görə, sui-qəsdçi iyulun 13-də səhər Batlerdəki mitinq sahəsinə iki dəfə baş çəkib. İkinci səfəri zamanı onun DJI markalı dronla təxminən 11 dəqiqə ərzində mitinq sahəsinin ətrafında müşahidə apardığı məlum olub. 

 

FTB keçən həftə sui-qəsdçinin telefonunu sındırmağı bacarıb, lakin hələlik heç bir aydın motiv müəyyən edilməyib. FTB həmçinin onun davranışını ətraflı şəkildə araşdırır. 

Dünya bölməsindən digər xəbərlər

Daha çox