AZ

Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının siyahısı hazırlanacaq

 
 

066da780f9efb243af3c747761ffa932.png
24.07.2024 19:20

Xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısı hazırlanacaq.

 

TED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Yol hərəkəti haqqında” qanunda və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdə əksini tapıb.

 

Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində xidməti parklanma yerləri təşkil olunan dövlət orqanlarının (qurumlarının) siyahısını, onlara ayrılan yerlərin sayını və həmin parklanma yerlərinin olduğu parklanma məntəqələrinin ünvanını müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.

TED + bölməsindən digər xəbərlər

Daha çox